Yəmən qüvvələri Səudiyyə Ərəbistanının F-16 qırıcısını vurdu
Yəmən ordu qüvvələri Nəcran şəhəri yaxınlığında təcavüzkar Səudiyyə Ərəbistanın F-16 qırıcısını vurub. Maide.Az “almasirah” saytına istinadən xəbər verir ki, Yəmən Hərbi Hava Qüvvələri şənbə günü səhər Səudiyyə Ərəbistanın cənubunda Nəcran bölgəsində F-16 tipli qırıcı təyyarəsini vurub. Qeyd edək ki, Ənsarullah qüvvələri və müttəfiqləri ötən gün ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistana səfəri öncəsi bu ölkənin paytaxtı Riyada “Borkan-2” tipli raketlə hücum edib. Yəmən ordusu hücum ardınca bəyanat yayıb və bildirib ki, bu raket hücumundan məqsəd “biz təcavüzə cavab verməyə hazırıq” açıq və önəmli mesajı işğalçı rejimə çatdırmaqdır. Səudiyyə Ərəbistanı ordusu elan edib ki, Yəməndən atılan raket Riyadaın 200 kilometrliyində partladılıb.