Yəmən qüvvələrindən Səudiyyə rejiminə daha bir ağır zərbə
Yəmən ordusu və inqilabi xalq komitələri Ət-Talia bazasına təşkil edilən hücumda Yəmənin istefa verərək qaçmış sabiq prezidenti Mənsur Hadi tərəfdarlarından xeyli sayda ölən və yaralananların olduğu bildirilib. Yəmən ordusunun raket qoşunları Zulləm və Əl-Humərda yerləşən Səudiyyə rejiminin qüvvələrinin toplaşma mərkəzini, Əl-Kətrin yüksəkliyini, Suqqam komandanlıq binasını və Nəcranda olan Əl-Sudis bazasını hədəfə alıblar. Digər tərəfdən, Yəmən ordusu və inqilabi xalq komitələrinin Nəcrandakı Əl-Hazra keçidinin ətrafında təşkil etdiyi bombalı hücumda Səudiyyə rejiminin 4 əsgəri həlak olub. Bu arada Səudiyyə rejiminə aid döyüş təyyarələrinin də Yəmənin Taizz şəhərinin qərbində yerləşən Əl-Vaziyə bölgəsinə hava hücumu həyata keçirdikləri bildirilib. Baş verən hücumda 23 yəmənlinin həlak olduğu və onlarla vətəndaşın da yaralandığı qeyd olunub. Həlak olanlardan 13-nün Şabə zonasından uşaqlar olduğu qeyd olunub. Eyni zamanda Səudiyyə rejiminin Bakəm şəhər ətrafında yerləşən Əl-Makrəm bölgəsinə hava hücumu həyata keçirdiyi bildirilib. (deyerler) /