Maide.az

Yəməndə 72 saatlıq atəşkəs elan olunub

BMT nümayəndələri Yəməndə 72 saatlıq  atəşkəs elan ediblər.   Maide.Az  Anadolu agentliyinə istinadən xəbər verir ki, qərar  Yəmən vaxtı ilə oktyabrın 19-da saat 23:59-da daha da uzatma imkanı ilə, ilkin olaraq 72 saat müddətinə qüvvəyə minəcək.  Qərar oktyabrın 20-dən qüvvədə olacaq.   BMT-dən verilən açıqlamada, BMT Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd, bütün tərəflərdən lazımi təminat aldığını və bundan əvvəl əldə olunan müqavilənin şərtlərinə uyğun olaraq qarşıdurmaların dayandırılacağını bildirilib.