Maide.az

Yəmənli döyüşçülər Ərəbistana aid kəndi ələ keçirdilər

  Yəmən ordusu və xalq komitələrinə aid xüssusi birliklər Ərəbistanın cənubunda yerləşən Cizan əyalətinə aid Əl-Həsirə kəndini ələ keçiriblər.   Maide.Az xəbər verir ki, Əli Əl-Məhzani adlı Yəmən inqilab komitəsi komandiri bildirib ki, Yəmən ordusu və xalq komitələrinə aid xüsusi birliklər Ərəbistanın cənubunda yerləşən Cizan əyalətində birgə əməliyyatlara başlayıblar.   Əməliyyatlar nəticəsində Əl-Həsirə kəndi ələ keçirilib. O, həmçinin qeyd edib ki, bazar ertəsi səhər keçirilən əməliyyat nəticəsində 5 səudiyyəli əsgər öldürülüb.