Yəmənə 3 günlük atəşkəs təklif olunub
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Omanda Ənsarullah nümayəndələri ilə görüşüb və onlara Yəməndə 3 günlük atəşkəs təklif edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, İsmayıl Vələd bu təklifi yəmənli mübarizlərlə səudiyyəli təcavüzkar qüvvələr arasında Herz və Midi sərhəd bölgəsində qarşıdurma gücləndikdən sonra təklif edir. Görüş ötən gün Maskatda baş tutub. İsmayıl Vələd görüşdə ABŞ xarici işlər naziri Con Kerrinin çıxış yolu məzmunlu mesajı Ənsarullah və sabiq prezident Əli Abdullah Salehin nümayəndələrinə təqdim edib. Con Kerri ötən həftə Ciddədə Britaniya və Fars Körfəzi Əməkdaşlıq Şurasının iclasından sonra Yəməndə böhranın həlli üçün layihə təqdim edib. C.Kerri öz layihəsində iddia etmişdi ki, Ənsarullah və Yəmən ordusunun raketləri Ərəbistan, bölgə və Amerikanın maraqları üçün təhlükədir.