Yəməndə `Ənsarullah` və `Saleh` birləşdi
Yəmənin iki böyük partiyası ölkənin gələcəyi naminə birləşməyə qərar verib. Maide.Az xəbər verir ki, Husilərin başçılığı ilə “Ənsarullah Hərəkatı” və Əli Abdullah Salehin başçılıöğın ilə “Yəmənin Milli Konqres Partiyası” arasında ötən gün birləşməyə dair sənəd imzalanıb. Sənada imzalanan sənəddə göstərilirki, Yəmən konistitusiyasına uyğun olaraq ölkənin idarə edilməsi üçün bu iki partiyanın üzvlərinin iştirakı ilə Ali Siyasi Şura təsis olunsun. Ali Siyasi Şuranın vəzifəsi Yəmən hökumətinin siyasətlərini müəyyənləşdirmək və əcnəbi hücumların qarşısnı almaqdır. Bildirilir ki, hökumətə başçılıq dövrü şəkildə həm Ənsarullah və həmdə Milli Konqres Partiyasının öhdəsində olacaq. Qeyd edək ki, Ali Səud rejiminin Yəmənin məzlum xalqına qarşı təcavüzündən 17 aydan çox bir zaman keçir. Yəmən siyasi qrupları arasında əldə olunan bu razılıq onların Səudiyyə Ərəbistanın hücumlarının qarşısında hərtərəfli mübarizə üçün zəmin yaradacaq.