Maide.az

Yəməndə Əl-Qaidə düşərgəsi vurulub

Martın 22-də ABŞ pilotsuz təyyarələri Yəməndə Əl-Qaidə  təlim düşərgəsinə hava zərbəsi endirib, onlarla ölü və yaralı var. Maide.az xəbər verir ki, Pentaqonun sözçüsü Peter Cook-un sözlərincə, təlim düşərgəsi dağlarda yerləşib və Ərəbistan Yarımadasındakı Əl-Qaidəyə üzv olan 70-dən artıq terrorçu buradan istifadə edib. Cook deyir ki, döyüş zonasından onlarla yaraqlı çıxarılıb. Yəmən rəsmisi Associated Press agentliyinə 40-dək terrorçunun öldüyünü və yaralandığını bildirib.  Yəmənli hərbi mənbə bildirib ki, Təzz əyalətində 3 Sudanlı muzdlu ölü tapılıb.  Hərbi mənbənin bildirdiyinə görə, bu muzdlular Ənsarullah qüvvələri ilə qarşıdurmada öldürülüblər. Yəmən ordusu və Ənsarullah qüvvələri Ərəbistanın Əsilan bölgəsinə raket hücumları ediblər, onlarla insan həlak olub./