Maide.az

Yəməndə qocalar evinə hücum edildi: 16 nəfər həlak oldu

Yəmənin cənubunda Ədən  şəhərində silahlı şəxslərin qocalar evinə hücumu nəticəsində  16 nəfər həlak olub.   Maide.az xəbər verir ki, həlak olanlardan 4 nəfəri Hindistandan olan tibb bacısıdır.    Hücum edənlər  qocalar evinin gözətçisini öldürüb və binada olanlara atəş açıblar.  Hələlik heç bir qrup  hadisənin məsuliyyətini üzərinə götürməyib. /