Maide.az

Yəmən ordusu Səud rejiminə məxsus bir hərbi gəmini raket atəşi ilə məhv etdi

Yəmən ordusu Təəz vilayətinin Məxa sahilində Katyuşa raketi ilə bir döyüş gəmisini hədəfə alıb.   Maide.az xəbər verir ki, bu, Yəmən ordusu tərəfindən vurulan Ərəbistana məxsus sayca altıncı hərbi gəmidir- daha əvvəl üç döyüş qayığı da məhv edilmişdi.   Bununla əlaqədar, Yəmən ordusunun qumbaraatanlardan Ceyzan rayonunda yerləşən əl-Məsfəq hərbi bazasına etdiyi hücumlar nəticəsində bir ədəd tank sıradan çıxarılıb və bir neçə ərəbistanlı əsgər öldürülüb və yaralanıb.   Ərəbistan rejiminin Yəmənə qarşı hücumları   Yəmənin şimalında Səde vilayətinin Səhar rayonunda yaşayış məntəqələrinin bombalanması nəticəsində bir mülki şəxs həlak olub və daha bir neçə nəfər yaralanıb.   Səud rejiminə aid qırıcılar Mareb vilayətinə daxil olan Hərib Beyhan və Sərvah rayonlarını 15 dəfədən artıq aviazərbələrə məruz qoyub.   Bu hücumlar nəticəsində bir məktəb, mobil rabitə şəbəkəsi və həmçinin bir sıra yaşayış evləri tamamilə dağıdılıb./