Yəməndə 15 Ərəbistan hərbçisi əsir düşdü
Yəmən ordusu və Xalq Komitələri ölkənin qərbnidəki Mareb əyalətinin Sərvah rayonunda gedən şiddətli döyüşlərdə 15 Səudiyyə rejiminin hərbçisinin əsir götürüldüyü haqda xəbər verib. Maide.az-ın xəbərinə görə, Yəmən ordusu və Xalq Komitələri qüvvələri Təəz vilayətinin Əzzəbab rayonunda təkfirçi ünsürlərin işğalı altında olan bir sıra strateji mövqeləri azad ediblər. Ərəbistan ərazisində də - Nəcran və Əseir bölgələrində bir sıra həbri mövqelər, o cümlədən Zəbne qarnizonu və Əl-Rəbue rayonunda bir dövlət binası raket atəşinə tutulub. Yəmən ordusunun artileriyası habelə Nəcranda Nəhuqe hərbi bazasını, Cizan bölgəsinin Əlxube rayonunda Əl-Şəbəke bazasını və hava hücumundan müdafiə sistemini hədəfə alıb.