Maide.az

Yəmənin Sədə vilayətinə olan hücumlarda 693 nəfər həyatını itirib

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin  Yəmənin Sədə vilayətinə olan hücumlarında indiyə kimi 693 nəfər , o cümlədən 293 uşaq həyatını itirib. Maide.az xəbər verir ki, Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Sədə vilayətinin meri çərşənbə günü deyib: Bu hücumlar nəticəsində indiyə kimi 2 min nəfərdən çox adam da yaralanıb.  Digər tərəfdən, koalisiya qüvvələrinə aid qırıcı təyyarələr çərşənbə günü Yəmənə olan təcavüzlərinin davamında əl-Bəyza şəhərinin mərkəzi təhlükəsizlik bazasını habelə, şəhər merinin evini bombalayıblar.  Ali-Səud rejiminin qırıcıları isə dünən Yəmənin Təəz vilayətində bir yaşayış məntəqəsinə hücum edərək, bir ailənin üzvü olan 6 nəfəri qətlə yetiriblər. Məlumata görə, Səudiyyə Ərəbistan qırıcıları həmçinin, çərşənbə günü Cəbəlül-Səbr yüksəkliklərində yerləşən Ərus bazasını habelə, Təəz şəhərində Sosial İnkişaf Fondunun yaxınlığında yerləşən Kəmb məntəqəsini bombalayıblar.  Ərəbistan və müttəfiqləri cari ilin mart ayının 26-dan istefada olan fərari prezident Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlara başlayıb. hazırda Yəmən bütün istiqamətlərdən mühasirədədir. /