Maide.az

Yəmənin paytaxtı yenə bombalandı: 20 nəfər dünyasını dəyişib

Səud rejiminin hava zərbələri nəticəsində Yəmənin paytaxtı Sənada azı 20 dinc sakin ölüb.   Maide.az-ın məlumatına görə, daha 50 nəfər xəsarət alıb.   Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Sənanın şimal-şərqindəki Səvan yaşayış massivini bombalayıblar. Ərazidəki yaşayış binalarının tamamilə dağıdıldığı, ölənlərin əksəriyyətin qadın və uşaqlar olduğu bildirilir.   Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmən xalqına şqarşı hərbi əməliyyat keçirir. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.