Maide.az

Yəməndə hərbi əməliyyat dayandırılıb

Ərəb ölkələri koalisiyasının Yəməndə keçirdiyi hərbi əməliyyat bu ölkənin fərari prezidenti Əbd Rəbbo Mənsur Hadinin xahişi əsasında dayandırılıb.   Maide.az-ın məlumatına görə, bu barədə Ər Riyadda mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd Əl Asiri bildirib.      “Əməliyyat prezident Hadi və ölkənin qanuni hökumətinin xahişi ilə dayandırılıb”, deyə o bildirib.   Onun sözlərinə görə, əməliyyatın yekunlaşmasına baxmayaraq koalisiya husilərin irəliləməsinin qarşısını almaqda tədbirləri davam etdirəcək.