Maide.az

Yəmən ordusu Səudiyyənin iki qırıcısını vurdu

Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri Səudiyyə Ərəbistanının iki qırıcı təyyarəsini vurub.  Maide.az xəbər verir ki, Livanın Əl-Məyadin telekanalının məlumatına görə,  Yəmən Ənsarullahı Hərəkatının Siyasi Şurasının üvzü Tofiq Əl-Həmiri bildirib: Yəmən ordusunun Havadan Müdafiə Qüvvələri Ərəbistan rejimi ordusunun iki təcavüzkar təyyarəsini paytaxt Səna səmasında məhv edib.  Ənsarullah Hərəkatının yüksək səviyyəli rəsmilərindən Məhəmməd Əl-Bəxiti Ərəbistan rejimi ordusunun Yəmən ərazisinə hərbi təcavüzünə münasibət bildirib və deyib ki, Yəmən xalqı təcavüzkarlıqla mübarizə aparacaq və bu, Yəmən xalqına qarşı ədalətsiz müharibədir.  Məhəmməd Əl-Bəxiti Yəmən əleyhinə hərbi əməliyyatın regionu böyük müharibəyə  sürükləyəcəyi haqda xəbərdarlıq edib.   Qeyd edək ki, martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu iddia edilir. Bəzi KİV-lərin məlumatına görə, Ali Səud rejiminin təcavüzü nəticəsində 20 Yəmənli şəhid olub, onlarla insan yaralanıb. /