Maide.az

Yəməndə polkovnik qətlə yetirildi

Yəmənin cənubundakı Lahc vilayətində bir polkovnikin naməlum silahlı şəxslərin hücumu nəticəsində həyatını itirdiyi qeyd olunub.   Maide.az xəbər verir ki, Lahc vilayətinin mərkəz şəhəri əl-Hutada polis idarəsində işləyən polkovnik rütbəli Seyf əş-Şuaybi motosikletli terrorçuların silahlı hucumuna məruz qalıb. O xəstəxanaya çatdırılsa da, hyatanı xilas etmək mümkün olmayıb.    Hücumun məsuliyyətini sosial mediada yaydığı açıqlamaqla Əl-Qaidənin Yəmən qolu Ənsarüş Şəriə təşkilatı üzərinə götürüb. Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.