Yəməndə terror aktı: 33 ölü
Yəmənin cənub-qərbində mədəniyyət mərkəzində törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub Maide.az-ın İnterpress- ə istinadən məlumatına görə, ölənlərin çoxu tələbələrdir. Onlar İslam Peyğəmbəri (s) -nin mövludu münasibəti ilə tədbirdə iştirak edirmişlər. Polis terror aktının “Əl-Qaidə” üzvləri tərəfindən törədildiyini ehtimal edir. Ölənlər arasında qadın və uşaqlar da var. Çox sayda yaralı Əl-Manar xəstəxanasına yerləşdirilib. /