Maide.az

Yəmən paytaxtında 3 bomba partlayıb

Yəmən paytaxtı Səna şəhərinin təhlükəsizliyi üzrə baş müdiri Əbdül-Rəzzaq Müəyid deyib ki, Səna şəhərində xalq komitələrinə qarşı terrorçu partlayışlar törədilib.    Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Əbdül-Rəzzaq Müəyid deyib ki, bu gün Sənanın Şəub məntəqəsində Ənsarullah qüvvələrinin nəzarətində olan xalq komitələri və vətəndaşların evləri hədəfə alınaraq 3 partlayış baş verib və bir neçə nəfər yaralanıb. Həmin məlumata əsasən, 3 bombanın partlaması ilə Yəmənin təhlükəsizlik qüvvələri daha  iki bombanı zərərsizləşdirib./