Maide.az

Yəmənə ABŞ hücumu

Yəmənin Şəbva şəhərinə ABŞ-a aid pilotsuz təyyarədən təşkil edilən hücumda 9 nəfər ölüb.   Maide.az xəbər verir ki, şahidlərindən alınan məlumata görə, ölkənin cənubundakı Şəbva şəhərinə aid Nisab mahalına edilən hücumda öldürülən şəxslərin Ənsaru'ş-Şəriə təşkilatının üzvləri olduğu bildirilir.   Qeyd edək ki, ABŞ-a aid pilotsuz təyyarələrlə əksəriyyəti əl-Bəydə vilayətinə təşkil edilən hücumlarda keçən il 136 nəfər dünyasını dəyişib. 2002-ci ildə dövrün respublika başçısı Əli Abdullah Salehlə imzalanan müqaviləyə görə, "terror təşkilatı" üzvlərinə qarşı pilotsuz təyyarələrdən ABŞ hücumlar təşkil edə bilər.