Maide.az

Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib -Yenilənib -FOTO

(xanım Mərziyyə Əfxəmin sözləri əlavə olunub )   Yəməndə İran səfirinin iqamətgahı yaxınlığında terror aktı törədilib.   Yəmən hüquq-mühafizə orqanları səhər saatlarında baş verən terror aktının İranın bu ölkədəki səfirinin evi hədəfə aldığını bildirib.   Hadisə nəticəsində səfirin iqamətgahının mühafizə xidmətində çalışan 2 nəfər ölüb.   Evin yaxınlığındakı binalara ciddi zərər dəyib. İranlı diplomatın xəsarət alıb-almaması ilə bağlı heç bir məlumat verilmir.    Maide.az-ın məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri xanım Mərziyyə Əfxəm deyib ki, baş vermiş partlayışda İranlı doplomatlardan kimsə xəsarət almayıb. M.Əfxəm deyib ki, partlayış yalnız binaya ziyan vurub.