Maide.az

Yəməndə ilk dəfə Məhərrəm ayı mərasimi təşkil edildi

Yəmən şiələri ilk dəfə olaraq bu il açıq və ictimai şəkildə Məhərrəm ayı mərasimləri təşkil ediblər.   Maide.az xəbər verir ki, Yəməndəki şiələr bu ölkədə hakim olan mənfi təhlükəsizlik şərtlərinə baxmayaraq, bu il ilk dəfə ictimai şəkildə Məhərrəm ayı yas mərasimlərini təşkil edərək, Aşuradan dərs almağın vacibliyini vurğulayıblar.    Yəmənli alimlərdən Əli Əl-Matəri açıqlamasında Yəmənli şiələrin İmam Hüseyn (ə) və o uca şəxsiyyətin böyük qiyamından dərs aldıqlarını, onun yolunun davamçısı olmaq yolunda səy göstərdiklərini deyib.   Yəmənin müxtəlif mətbuat orqanları da ölkədə ictimai şəkildə təşkil edilən Məhərrəm ayı mərasimlərinə  işarə edərək, bu vəziyyətin ölkədə yeni bir atmosferin yaranmasına vəsilə olduğunu yazırlar.