Yəmənin yeni baş naziri istefa verdi: qarışıqlıq istəmirəm
Yəmənin yeni baş naziri Əhməd Avad bin Mubarək vəzifəyə təyin olunmasından iki gün sonra istefa verib. Maide.az-ın məlumatına görə, baş nazirin bu addımına səbəb kimi Mübarəkin namizədliyini qəbul etməyən şiələrin etiraz aksiyaları olub. Baş nazir ölkədə daha çox parçalamama yaratmamaq üçün istefasını istəyib. Yəmən prezidenti Əbd Rəbbo Hadi Bin Mübarəkin yeni hökumət formalaşdırmaqdan azad etməyə razılıq verib. Xatırladaq ki, Bin Mübarək oktyabrın 7-də baş nazir təyin edilmişdi. Onun prezident və bir neçə partiyanın, o cümlədən əl-husilərlə gəlinmiş razılığa əsasən yeni hökumət quracağı gözlənilirdi, lakin sonuncular onun namizədliyini qəbul etmirdi.