Yəməndə Husilər `Zəfər Cüməsi` yürüşü keçiriblər
Yəmənin paytaxtı Sənada Ənsarullah Hərəkatının (Husiler) yüzlərlə tərəfdarı "Zəfər Cüməsi" adı altında nümayiş keçirərək, "İnqilabımızın arxasındayıq" mesajını veriblər. Maide.az-ın məlumatına görə, səsləndirilən şüarlar baş verən hadisələrdən Husilərin məmnun olduqlarını göstərir. Nümayişlərdə tez-tez Husilərin məşhur şüarlarından olan ''Amerikaya ölüm", "İsrailə ölüm", "Yaşasın İslam'' şüarları səsləndirilib. Hökumətin maye yanacaq qiymətlərini endirmə qərarını ilk qazanc kimi qəbul edən Husilər aksiyaları davam etdirəcəklərini söyləyiblər.