Maide.az

Xızıda tələbələri daşıyan avtobus aşdı: 3 ölü, 21 yaralı -YENİLƏNİB

Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə “Report”a Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov məlumat verib. Onun sözlərinə görə, Siyəzən xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.   Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 2 nəfər və yaralılardan 15 nəfərin adları məlum olub.   Ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyevadır.   Yaralılar: 1950-ci il təvəllüdlü Abdullayev Qafar 1951-ci il təvəllüdlü Mikayılov Çaylar 1954-cü il təvəllüdlü Abdullayev Nizami 1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu 1964-cü il təvəllüdlü Mollayeva İndirra 1966-cı il təvəllüdlü Qurbanov Əsəd 1973-cü il təvəllüdlü Rəhimova Ziba 1975-ci il təvəllüdlü Fərhadova Leyla 1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı 1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə 1979-cu il təvəllüdlü Əliyeva İradə 1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə 1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə 2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird) Feyzullayev İsmayıl   *** Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.   Maide.Az xəbər verir ki, APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.   Məlumat verildiyi kimi, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisə nəticəsində 2 nəfər həyatını itirib.