Maide.az

XX əsrdə ABŞ-ın təcavüz etdiyi ölkələr – SİYAHI

Demokratiyanın qoruyucusu sayılan Amerika Birləşmiş Ştatları bu dəyəri ixrac etmək üçün bəzən güc yoluna əl atır. Ölkənin tarixinə nəzər saldıqda bitməyən müharibələr, xüsusi əməliyyatlar görmək mümkündür. Modern.az XX əsrin əvvəllərindən bu günə qədər Amerikanın açıq hərbi müdaxilə etdiyi ölkələrin siyahısını təqdim edir. 1901 – Kolumbiyaya müdaxilə 1902 – Panamada hərbi əməliyyat 1904 - Mərakeş, Dominikan Respublikası və Koreyaya müdaxilə 1905 - Hondurasda inqilabi hərəkatın yatırılması 1905 - ABŞ qoşunlarının Meksika inqilabına təcavüzü 1906 - Filippində azadlıq hərəkatının boğulması 1906-1909 - ABŞ qoşunları Kubaya təcavüz edir 1907 - Nikaraquaya təcavüz 1912 - Panamaya seçkilərə zamanı ABŞ qoşunlarının müdaxiləsi 1912-1933 - ABŞ-ın Nikaraquanı işğalda saxlaması 191 4- ABŞ qoşunlarının Dominika Respublikasına müdaxiləsi və üsyançılara divan tutması 1914-1918 – Meksikaya silsilə müdaxilələr 1914-1934 - Haitinin Amerika nəzarətində qaldığı illər 1917-1933 - ABŞ-ın Kubanı iqtisadi müstəmləkəyə çevirməsi 1917-1918 - ABŞ-ın I Dünya müharibəsində iştirakı 1918-1922 - ABŞ-ın Sovet Rusiyasına qarşı hərbi müdaxilədə iştirak etməsi 1918-1920 - Panamada seçkisonrası iğtişaşların yatırılması üçün amerikalıların müdaxilə etməsi 1919 - “Amerika maraqlarının müdafiəsi” adı ilə Kosta-Rikaya təcavüz 1922-1927 - Qoşunların Çində xalq hərəkatının yatırılmasında iştirak etməsi 1925 - Panamada ümumi tətilinin amerikalılar tərəfindən dağıdılması 1932 - Salvadora dənizdən hərbi müdaxilə 1937 - Nikaraquada qanuni hakimiyyətin devrilməsi 1939 - Çinə ABŞ qoşunlarının daxil olması 1941-1945 - II Dünya Müharibəsində iştirak 1947-1949 - ABŞ Yunanıstanda vətəndaş müharibəsinə birbaşa təsir göstərir 1948-1953 – Filippində hərbi əməliyyatlar 1950 - Puerto-Rikoda xalq üsyanın yatırılması 1950-1953 – Koreyaya 1 milyon amerikalı əsgərin müdaxilə etməsi 1959 - Laosa hücum 1959 - Haitidə amerikayönlü hökumət əleyhinə keçirilən aksiyaları yatırılması 1961-1973 - Vyetnam müharibəsi 1966 - Ordunun Qvatemalaya qarşı hərbi əməliyyat keçirməsi 1971-1973 - Laosun bombalanması 1972 - Nikaraquaya amerikalı əsgərlər təcavüz edir 1983 - Qrenadaya 2 min əsgərin hücumu 1986 - Liviyaya hücum, hava zərbələrinin endirilməsi 1988 - Hondurasa hərbi müdaxilə 1989 - Amerikalılar Virciniya adalarındakı kütləvi iğtişaşları yatırır 1991 - İraqa qarşı “Səhrada Tufan” əməliyyatı 1992-1994 - Somalidə ABŞ xüsusi əməliyyatlar keçirir 1995 – Serbiyanın hava hücumuna məruz qalması 1998 - Sudanın bombalanması 1999 - ABŞ başda olmaqla NATO dövlətlərinin Serbiyanı bombardıman etməsi 2001 - Əfqanıstana qarşı müharibə 2003 - İraqa qarşı hərbi əməliyyatların başlanması 2011 - Liviyaya qarşı hərbi əməliyyatlarda iştirak