Maide.az

Xudatda məktəb yanıb

Xudat şəhərində yerləşən məktəblərin birində yanğın hadisəsi qeydə alınıb.   Maide.Az xəbər verir ki, FHN-dən  verilən məlumata görə, ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 kv.m, yanar konstruksiyaları 174 kv.m sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.   Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​