Maide.az

Xırdalan stansiyası BU TARİXDƏ istifadəyə veriləcək - FOTO

Noyabr ayının sonuna yaxın "Xırdalan" stansiyası sərnişinlərin istifadəsinə veriləcək.   Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.   Onun sözlərinə görə, Bakı-Sumqayıt xətti ilə işləyəcək iki mərtəbəli sərnişin qatarının keçəcəyi bütün dəmiryol stansiyalarında təmir işləri sona çatıb. Xırdalan stansiyasi da artıq qatarı qəbul etməyə hazırdır.   Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ötən ilin sentyabrında istifadəyə verilib. (salamnews)