Maide.az

Xırdalan dairəsindəki tuneldə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.   Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək.