Maide.az

Xırdalanda binada yanğın: ölən var

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.    Bununla bağlı Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.     Bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.     Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.