Maide.az

Xorvatiyada daha bir məscid istifadəyə verildi

Xorvatiyanın şərqindəki Buqulya kəndində məscidin açılışı olub.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Zaqreb, Bandar Rika və Quncadan sonra ölkədəki 4-cü məsciddir.   Ölkədə ümumilikdə isə 26 dini mərkəz fəaliyyət göstərir.   Xorvatiya müftisi Əziz Əfəndi Həsənoviç bildirib ki, bu məscidin məqsədi İslamı gəncliyə tanıtmaqdır:   "Belə yerli məscidlər gəncləri İslam haqqında düşünmək üçün məlumatlandıracaq. Xorvatiyadakı İslam dini mərkəzləri digər dinlər və mədəniyyətlərlə qarşılıqlı əlaqədədir.   Qeyd edək ki, 2011-ci il statistikasına görə, Xorvatiyada 63 min müsəlman yaşayır.