Maide.az

Xınalığa 20 sm qar düşüb

Noyabrın 22-si axşamdan Azərbaycanın şimal bölgəsinə qar yağır.   Quba rayon sakinlərinin deməsinə görə, Xınalıq kəndində qarın hündürlüyü 20 sm-dən çoxdur.   Sakinlər deyirlər ki, qar yağması indi də davam edir.   Quba rayon mərkəzinə də qar yağıb. Ancaq orada qar örtüyünün nazik olduğu bildirilir.   Noyabrın 22-si Daşkəsən və Gədəbəy rayonlarına da qar yağdığı bildirilir.(azaldiq.org)