Maide.az

Xarici ticarətdə kəskin azalma

Son bir neçə ildə ilk dəfə 2014-cü ildə idxal və ixrac azalıb. Bu, dünya bazarında neftin ucuzlaşmasının nəticəsidir. Bu həm də investisiya təyinatlı malların tədarükünün azalması ilə sonuclanıb.   Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanın 150 ölkə ilə xarici ticarət dövriyyəsi $31mlrd 16,3 mln olub. Bu, 2013-cü ildəkindən 10,58% azdır. Ötən il ixrac strukturunda neft, qaz və neft məhsullarının xüsusi çəkisi 91,97% olub. Onların ixrac həcmi azaldığı üçün bu göstərici 2013-cü illə müqayisədə 0,44% azalıb.    Ötən il ölkədən mal ixracı həcmi $21 mlrd 828,6 mln, idxalı $9 mlrd 187,7 mln olub. Maraqlıdır ki, 2014-cü ilin son ayı ixrac həcminin azlığına ($1 mlrd 115,1 mln), idxalın yüksək səviyyəsinə ($1 mlrd 75,5 mln) görə rekord vurub.     2014-cü ildə  xarici ticari əməliyyatlarının müsbət saldosu $12 mlrd 640,9 mln təşkil edib.   2012-2013-cü illərdə idxal-ixrac həcmi ($ min):  /     2012-ci il 2013-cü il idxal 9 655 628.16    10 712 502.70 ixrac 23 907 971.97 23 975 416.97   azadliq.info/