Maide.az

Xarici investisiyaların həcmi azalıb

2018-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1 mlrd. 17,8 mln. dollar təşkil edib - BXİ-ın 81,6%-ı neft sektorunun payına düşüb, yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyaların həcmi 186,8 mln. dollar (3,7% azalma) olub, bu barədə Mərkəzi Bankın tədiyə balansı barədə məlumatında deyilir.   Bununla belə, 2017-ci ildə ölkə iqtisadiyyatına BXİ 5,7 mlrd. dollar, bir il əvvəl isə 7,3 mlrd. dollar təşkil edib, deyə AMB-ı məlumat verir.(contact.az)