Maide.az

Xarici borclanmadan nə zaman səmərə olacaq?

"Novoye Vremya" qəzetində is diqqəti "Xarici borclanmadan nə zaman səmərə olacaq?"  sərlövhəli məqalə diqqəti cəlb edir.   Müəllif deyir ki, neftin qiymətinin enməsilə başlayan böhran ölkədə təkcə maliyyəyə qənaəti yox, həm də iqtisadiyyatı və onun sahələrini nikişaf etdirmək üçün xarici borclanmanı aktuallaşdırdı.   Müəllif xatırladır ki, Asiya İnkişaf Bankı Azərbaycan dəmir yollarının inkişaf etdirilməsi üçün ölkəyə 400 milyon dollar kredit verilməsi müddətini oktyabrın 2-də müzakirəyə çıxarmaq istəyir.   Müəllif bunu da xatırladır ki, Azərbaycan 1999-cu ildən bu yana üzvü olduğu bu bankdan 4 milyard dollardan çox kredit götürüb.   Amma indi ölkədə ağır maliyyə durumu olduğu vaxt müəllif bu krediti götürməzdən düşünməyi önə çəkir: "Əvvəllər bu planda işlər asan idi, kreditləri qaytarmağa nəsə var idi, hətta bir çox banklar və yerli təşkilatlar əlverişli olmayan kreditlərdən belə imtina etmirdilər. İndi iqtisadiyyatda durum kökündən dəyişib, odur ki, onun qaytarıla bilməsi imkanları öncə təhlil olunmalıdır".   Müəllifə görə, kreditin əldə olunması şərtləri də az əhəmiyyətli amil deyil, üstəlik bu vəsaitlərin təyinatı üzrə xərclənməsi də öz nəticəsini göstərməlidir.   Müəllif deyir ki, bu sahəyə təkcə adı çəkilən bank deyil, Dünya Bankı da sərmayə yatırıb, amma dəmir yolunda problem azalmır, bu sahə hələ də beynəlxalq tələblərə cavab vermir, elementar gigiyenik normalar özünü göstərmir: "Sərnişin qatarlarının çoxunda kondisioner yoxdur, qiymətlər isə olduqca bahadır, yay vaxtlarında bilet qıtlığı yaşanır, səbəb kimi qatarların azlığı göstərilir, bir çox istiqamətlərdə dəmir yolları yaxşı vəziyyətdə deyil".   Müəllif deyir ki, belə mənzərə təkcə dəmir yoluna aid deyil, kənd təsərrüfatı, təhsil, məhkəmə sisteminin inkişafına da kreditlər ayrılır, amma bu sahələrdə fəaliyyətin yaxşılaşdığı görünmür.   Dövlətin də bu sahələrə az vəsait qoymadığını deyən müəllif nəticə olmadığını, dövlətin isə kreditlərin qaytarılmasında problem yaşayacağını deyir.   Müəllifə görə, neftin indiki qiyməti heç də təhlükəsizlik "maliyyə balışı"nın yenidən dolacağı anlamına gəlməz, odur ki, islahatlar işə düşməlidir.   Müəllif deyir ki, qeyri-neft sektorunun inkişafı əsas məsələdir, amma beynəlxalq kreditlərdən daha səmərəli istifadə olunmalıdır, həm də elə etmək lazımdır ki, bu kreditləri gələcək nəsillər ödəməli olmasın.(contact.az)