Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur
“Azərbaycan vətəndaşının xarici ölkəyə getməsi ilə bağlı iki tələb mövcuddur”. Maide.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın və vətəndaşın getdiyi ölkənin tələbidir: “Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər peyvənd olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir”.