Maide.az

Xaçmazda traktorla minik avtomobili toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün Gəndob-Yalama yolunun, Xaçmaz rayonunun Çarxı kəndi ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı minik maşını traktora çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.