Maide.az

Xaçmazda 20 yaşlı gənc göldə batıb

1994-сü il təvəllüdlü Rəşad Mirzağa oğlu Əsgərov Xaçmaz rayonu, Çarxı kənd ərazisindəki süni göldə batıb.   Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.   R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:30-da başa çatıb.   Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.