Maide.az

Xalq artisti Əjdər Həmidov vəfat edib

Xalq artisti Əjdər Həmidov vəfat edib.   Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.   O, aktyorun ötən gün  Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.   Qeyd edək ki, aktyor bir sıra tamaşa və kinolarda uğurlu obrazları ilə yadda qalıb.  Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.   Allah rəhmət eləsin.