Maide.az

Xalid Bağırovu nədə ittiham edirlər? - Siyahı

Vəkilin məhkəməsinin vaxtı məlum oldu.Bir müddət əvvəl vəkillik fəaliyyətinə xitam verilmiş Xalid Bağırov karyerası ilə bağlı sosial şəbəkədə status yazıb. Musavat.com həmin statusu təqdim edir: “Buna ümidsizlər sonun əvvəli deyillər. İçində ümid gəzdirənlər isə - yola davam. Hər nəsə, başlayır. Vəkillər Kollegiyasında üzvlüyümə xitam verilməsi ilə bağlı işə Nizami rayon Məhkəməsində 09 yanvar 2015-ci ildə saat 16.00 da baxılacaq. Hakim Habil Əhmədovdur. Görünən odur ki, xeyli məzəli proses olacaq. Çünki iddia ərizəsində yazılıb ki, mən vəkilin aşağıdakı davranış qaydalarını pozmuşam: 1. vəkilliyin nüfuzunu aşağı salan hərəkətlərə yol vermişəm; 2. vəkillik edərkən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı idim, olmamışam; 3. vəkilliyə şəxslərin inamını artırmalı və möhkəmləndirməli idim, lakin bu inamı azaltmışam və sarsıltmışam; 4. dövlətçiliyə kölgə salmışam; 5. Ədalət mühakiməsinin nüfuzuna ləkə vurmuşam”. Qeyd edək ki, Xalid Bağırov 6 saylı hüquq məsləhətxanasında vəkilidir. musavat.com /