Maide.az

Xətai rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 10 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bəzi yerlərində suyun verilməsində məhdudiyyətlər yaranacaq.   "Azərsu" ASC-dən  verilən məlumata görə, içməli suyun verilməsində məhdudiyyətlər Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsrəddin Tusi küçələrinə, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə olacaq.