Maide.az

Xəzər dənizində tanker partladı: ölənlər var

Mahaçqala dəniz limanında  tankerdə baş vermiş partlayış nəticəsində üç nəfər həyatını itirib.   Bu barədə TASS “Rosmorreçflot”un mətbuat xidmətinə istinadən məlumat yayıb.    “Üç nəfərin meyiti tapılıb – ölənlər gəmidə olmuş dənizçilərdir”, - deyə agentliyin müsahibi bildirib.    “V.F.Tanker № 16” tankerinin göyərtəsində ümumilikdə 12 nəfərin olduğu deyilir.  Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, tankerin yaşayış hissəsi yanır. Yanğını hələlik lokallaşdıra bilməyiblər.