Maide.az

Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.   APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.   Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.   Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.