Xəzərdə yeni sərhəd-keçid məntəqəsi fəaliyyət göstərəcək
İranın Gilan əyalətində “Kaspian” limanı bundan sonra Nazirlər Kabinetinin qərarı ilə rəsmi və səlahiyyətli sərhəd -keçid məntəqəsi kimi fəaliyyət göstərəcək. Maide.Az “tasnimnews” saytına istinadən xəbər verir ki, Nazirlər Kabineti bu qərarı ötən gün verib. Qərar icra üçün İranın yol və şəhərsalma Nazirliyi, Daxili İşlər Nazirliyi, və Azad İqtisadi Zonaların katibliyinə göndərilib. Qeyd edək ki, “Kaspian” limanı Xəzər dənizində Ənzəli şəhərinin sahillərində tikilir. Bu liman Ənzəli Azad İqtisadi Zonasının tərkibindədir. “Kaspian” limanı Xəzərin cənub sahillərində İranın ən böyük limanı olacaq. Hazırda bu limanda iki yanalma körpüsü istifadə verilib və fəaliyyət göstərir. Liman vasitəsilə həm sərnişin və həm də yüklərin daşınması nəzərdə tutulub. Kaspian liman kompleksi yekun mərhələdə 15 milyon ton yük daşınmasını təmin edən 22 liman təsisatına malik olacaq.