Maide.az

Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olunub

“Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”.   “BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.   “İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, - deyə T.Bayatlı əlavə edib.   Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. (apa) /