Xəzər dənizi sahili yaxınlığında vertalyot qəzaya uğradı
İranın Mazandaran əyalətinin Xəzər dənizi yaxınlığında yerləşən Amul şəhərinin Gəzənək qəsəbəsində tibbi yardım vertolyotu qəzaya uğrayıb. Maide.Az İranın İSNA agentliyinə istinadən xəbər verir ki, Amul şəhər Qırmızı Aypara Cəmiyyətinin sədri Cəmşid Niknejad deyib ki, vertolyot xəstəni gətirmək üçün eniş edərkən elektrik dirəyinə dəyib. O deyib ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.