Maide.az

Xəzəryanı ölkələrin XİN rəhbərləri dənizin hüquqi statusunu müzakirə edəcəklər

Xəzəryanı ölkələrin XİN rəhbərləri dənizin hüquqi statusunu müzakirə edəcəklər.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.   Onun sözlərinə görə, Xəzərin hüquqi statusunu müzakirə etmək üçün Xəzəryanı ölkələrin XİN rəhbərlərinin yığıncağı iyulun 12-13-də Astanada baş tutacaq.   M.Zaxarova qeyd edib ki, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın XİN rəhbərlərinin görüşündə Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi bütün sahilyanı ölkələr üçün prioritetdir".