Maide.az

Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək

Xəzəryanı ölkələrin XİN başçılarının görüşü yayda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində məlumat verib. "Yayda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. O görüşdə biz artıq sammitin hansı müddətə çağırılması və Konvensiyanın hansı müddətə bağlanmasıyla bağlı real vəziyyəti görəcəyik. Hədəf bu sənəd üzrə bütün problemli məsələlərə nöqtə qoyulandan sonra sammitin təşkil edilməsidir", - deyə S.Lavrov bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin statusunun həlli məsələsində iki-üç problemli məqam qalır. Nazir vurğulayıb ki, Astanada keçiriləcək növbəti sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə çoxillik iş tamamlanmalıdır. /