Xətai rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır
Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, Xətai rayonu, N. Rəfiyev küçəsində yerləşən qaz xəttinin yerinin dəyişdirilərək təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 09:30-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.