Xəzəryanı Ölkələr arasında güzəştli ticarət qurula bilər
Yaxın gələcəkdə Xəzəryanı Ölkələrin Azad və Xüsusi İqtisadi Zonaları üzrə Əməkdaşlıq Şurası yaradılacaq və bununla bağlı ilk iclas tezliklə beş ölkənin iştirakı ilə keçiriləcək.Bunu Ənzəli Azad Zonası Təşkilatının baş direktoru Rza Məsrur deyib. Maide.az xəbər verir ki, Rza Məsrur İSNA-aya açıqlamasında deyib ki, bu şuranın fəaliyyətə başlaması ilə İran Xəzərin digər dörd ölkəsi Rusiya, Qazağıstan, Türkmənistan və Azərbaycanın azad və xüsusi iqtisadi zonları arasında güzəştli ticarət həyata keçirə bilər. Onun sözlərinə görə, hazırda İran bu dörd ölkənin heç biri ilə güzəştli ticarət həyata keçirmir. ”Şuranın yaradılmasından məqsəd İran ilə Xəzərin ətrafında olan digər dörd ölkə ilə ticari əlaqələri daha da inkişaf etdirməkdir. /