Maide.az

Xəzərdən Suriyaya raket zərbələri endirilməsinə azərbaycanlı zabit rəhbərlik edib

Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus “Dağıstan” gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.   APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi məlumata görə, “Dağıstan” gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir.   V. Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002-2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005-2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev “Tatarıstan” keşikçi gəmisinin komandiri, qısa müddət sonra “Dağıstan” raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. V. Miriyev evlidir, 3 övladı var.     Xatırladaq ki, oktyabrın 7-də Rusiyaya məxsus 4 hərbi gəmi Xəzər dənizindən Suriyadakı hədəflərə 26 raket atıb.