Maide.az

Xədicənin məhkəməsi davam edəcək

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edəcək. Proses saat 3-ə təyin edilib.    Məhkəmədə çıxışlar başlayacaq.    Prosedur qaydalarına görə, əvvəlcə dövlət ittihamçısı, sonra müdafiə tərəfi çıxış edəcək.    Avqustun 18-də vəkillər məhkəmədə sübutlar siyahısından xaric edilmə və bir sıra ekspertlərin çağırılması da daxil olmaqla 10-yaxın vəsatət qaldırmışdı. Onlardan heç biri təmin edilməmişdi. /